“Dağlıq Qarabağdla bağlı “dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır”backend

“Dağlıq Qarabağdla bağlı “dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə BMT baş katibinin Avropadakı münaqişələrlə bağlı qurumun Təhlükəsizlik Şurasının açıq debatlarına təqdim olunan qeydlərində deyilir.

Baş katib Antonio Qutyerres bildirib ki, bu kimi münaqişələrə dair istifadə olunan “dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır: “Sülh müqaviləsi imzalanmasa və tətbiq edilməsə, zorakılığın yenidən başlaması riski qalır. Biz buna Cənubi Qafqazda, Dağlıq Qarabağda ötən ilin aprelində şahid olduq. BMT ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyir. Biz münaqişə tərəflərini gərginliyin azaldılmasına və münaqişənin qarşısının alınmasına dair razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə çağırırıq”.

A Quttyerres deyib ki, təkcə atəşkəs rejiminin gücləndirilməsi və əvvəlki öhdəlikləri yerinə yetirməklə bağlı yox, davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün də tərəflər siyasi iradə nümayiş etdirməlidir. ( apa )

İnterpress.az