Qiymətlər niyə birdən-birə artıb?backend

Qiymətlər niyə birdən-birə artıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əhali toyuq ətinin qiymətinin 1 manatdan çox bahalaşdığını bildirsə də, Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev məlumatları təkzib edib. Bildirib ki, firmalar heç bir qiymət artımına getməyib,və əgər belə fakt varsa, qiyməti mağaza sahibləri süni yolla artırıblar.

İnterpress.az xəbər veirr ki, BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovla əlaqə saxlayıb. Ekspert son iki gündə toyuq ətinin qiymətinin 20 faizə qədər artdığını deyib.

Onun sözlərinə görə, bu artımın bayram qabağı bir az da davam etməsi gözlənilir: \”Yumurtanın da qiymətində artım var. Bu sahədə çalışan sahibkarlar mövcud vəziyyətdən, ya da bayramqabağı istehlakçıların və müştərilərin bu məhsullara tələbatının daha çox artacağını nəzərə alaraq belə addım atıb. İndi də qiymət artımı hesabına çox gəlir əldə etmək istəyirlər. Bunun da ola bilsin ki, iqtisadi əsası var. Biz bunu dəfələrlə demişik. Toyuq və yumurta istehsalında idxaldan asılılığımız var. Genetik materiallar, yem komponentləri, dərman preparatları istehsal avadanlıqlarının hamısı xaricdən gətirilir. Bu da malın, məhsulun maya dəyərini artırır”.

Ekspert qeyd edib ki, bayramdan sonra toyuq ətinin və filesinin qiymətində enmə olmayacaq: \”Bir çoxları bu qiymət artımının bayramdan sonra düşəcəyini hesab edir. Amma mən tam əksini düşünürəm. Hesab edirəm ki, bayramdan sonra da toyuq ətinin qiyməti artacaq”.

İnterpress.az