Bu ilin sonuna dörd fabrik istehsala başlayacaqbackend

Bu ilin sonuna dörd fabrik istehsala başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda neftdən kənar sektorun inkişaf etdirilməsi vacibliyi söylənilsə də istehsala diqqət ayrılmır. Təkcə Gəncədə Sovet dövründə minlərlə işçisi olan və keçmiş müttəfiq respublikaların bütün şəhərlərinə mal ixrac edən fabrik və zavodlar bu gün də istehsala yaralıdır.
Ölkənin hər yerinə səs salmış “Çini qablar zavodu”nun istehsal etdiyi məhsullar, “Toxuculuq kombinatı”nda istehsal olunan xalçalar postsovet ölkələri ilə yanaşı ümumilikdə 175 şəhərə göndərilirdi. Şəhər büdcəsinin 30%-i Xalça Kombinatının payında düşürdü. 4 mindən çox əhalinin məşğulluğunu təmin edən kombinat 28 ildir ki, istifadəsizdir. Hansı ki, az investisiya qoymaqla fəaliyyətini yenidən bərpa etmək olar. Bundan əlavə Gəncədə əlvan metallar zavodu, Avtomobil zavodu, Alüminum zavodu, Billur zavod və istehsala yararı bir çox çox fabrik, zavod və müəsssələr var. Hazırda aparılan sənayeləşdirmə siyasəti çərçivəsində Gəncədə yerləşən bu istehsal müəssisələrinin fəaliyyətə başlamasına start verilməsi dövlət büdcəsinə gəlir gətirməklə yanaşı işsizlik problemlərinin həllinə də müsbət təsiri olar.
İnterpress.az saytı məsələ ilə bağlı millət vəkili Vahid Əhmədovun fikrini öyrənib.

Artıq bu sahələr üzrə hərəkətə keçilib

Millət vəkili hazırda işlək vəziyyətdə olmayan fabrik və zavodlarla bağlı Prezidentin imzaladığı strateji yol xəritəsinindən bəhs etdi və 12 prioritet sahənin inkişafı ilə bağlı planın tərtib olunduğunu vurğuladı: “Artıq bu sahələrin inkişafı üzrə hərəkətə keçilib və müəyyən işlər görülüb. Bundan əlavə, Balaxanı, Qaradağ, Sumqayıt, Mingəçevir və digər rayonlarda \”Sənaye məhəllələri\” yaradılır və orda böyük işlər görülür. O ki, qaldı Gəncədə yerləşən köhnə müəssisələrin yenidən qurulmasına və istifadəsinə, məsələ ondadır ki, həmin zavodlardakı avadanlıqlar hamısı köhnədir.”

Satışı olamyan məhsulun istehsalı vacib deyil

Zavodlar və fabriklər işləyərsə istehsal olunan məhsulların satışı və ixracı ilə bağlı məsələyə toxunan Vahid Əhmədov: “Məsələnin ikinci, ən önəmli tərəfi isə bazar iqtisadiyyatıdır. Ən vacib olan istehsal olunan məhsulun satışıdır ki, bu da dünyada problemdir. Satışı olamyan məhsulun istehsalı vacib deyil. Ona görə də cənab prezidentin göstərişi var ki, idxal və ixrac əməliyyatlarında əsasən idxala nəzarət olunsun. Azərbaycandan nə idxal olunursa o məhsulların hamısı istehsal olunsun və idxal-ixrac bazarında problem yaranmasın. Buna görədə son vaxtlar baramaçılığa, tütün istehsalına, pambıqçılığa, meyvə-tərəvəz və digər sahələrin inkişafına xüsusi diqqət ayrılıb. Buna müəyyən qədər zaman lazımdır və 2017-2018 ci ilə kimi Azərbaycanda iri emal sənaye sahələri, fabrik və zavodlar yaradılacaq. Bu prosesə güclü nəzarət mexanizmi olsa gözəl nəticələr əldə olunacaq. Yeni təyin olunmuş görkəmli siyasi xadim, Millət vəkili Mehriban Əliyevanın Vitse-prezident seçilməsinin bu sahələrin inkişaf etdirilməsində böyük köməyi olacaq. Avropada keçirilən sərgidə Azərbaycan xalçaları da yer tutmuşdu və bu xalçalara böyük tələbat olduğu qeyd olundu. Xalça kombinatının yenidən fəaliyyəti büdcə gəlirlərini artırmaqla yanaşı məşğulluğu da artırar.

Bununla bağlı nə kimi işlər görülür sualına cavab olaraq: Hazırda dörd rayonda xalça fabriki tikilir. Bunlardan biri Füzuli rayonunda istehsala verildi və açılışında cənab prezident də iştirak etdi. Bu ilin axırına fabirklərin dördü də istehsala başlayacaq və xalçaçılıqla məşğul olunan reqionlarda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Diqqətdən kənarda qalan heç bir sahə yoxdur və tez bir zamanda gəlir gətirən sahələrə daha çox diqqət yetirilir.

İnterpress.az
Aynur Arifqızı