Az yeyin – Qocalmayınbackend

Az yeyin – Qocalmayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ alimləri tərəfindən aparılan araşdırmalar kalori istehlakını azaltmağın hüceyrənin qocalma prosesini ləngitdiyini müəyyən edib.
Amerikalı alimlər siçanlar üzərində apardıqları təcrübələrində, kalori istehlakını azaltmağın hüceyrədə zülal istehsal etmə funksiyasını yerinə yetirən ribosomların fəaliyyətlərini yavaşladaraq, özlərini bərpa etməsinə kömək etdiyini və bunun sayəsində hüceyrənin qocalma prosesinin ləng getdiyini müəyyənləşdiriblər.
Ribosomları maşınlara bənzədən tədqiqatın müəllifi biokimya professoru Con Prays, maşın kimi işləyən bu hüceyrə strukturlarının müntəzəm qayğıya və köhnələn hissələrinin dəyişdirilməsinə ehtiyac duyduğunu vurğulayıb.
Prays kalori istehlakını azaltmağın hüceyrədə zülal istehsalını azaltdığı və yeniləşdirməyə imkan verdiyini qeyd edib.
Prays qidanın orqanizmin yanacağı olmaqla yanaşı, eyni zamanda orqanizmə və hüceyrələrə necə reaksiya vermələri məsələsində yol göstərdiyini vurğulayıb. \”Yaşlanma mexanizmlərini daha yaxşı başa düşdüyümüz təqdirdə, nə yeməyimizə dair ağıllı və şüurlu seçimlər edə bilərik\”, – deyə o bildirib.

Az yeyin - Qocalmayın

İnterpress.az