Rusiyada polkovniki öldürən 2 azərbaycanlıya ömürlük həbs verildibackend

Rusiyada polkovniki öldürən 2 azərbaycanlıya ömürlük həbs verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Samara məhkəməsinin qərarına əsasən, Azərbaycan vətəndaşları Məhəmməd Əhmədov və Roman Fətəliyev ömürlük, – Babayev İslam Arzu oğlu 25 il, Tacikistan vətəndaşı Zöhrabov Orxan Şirəli oğlu isə 26 il həbs cəzası alıb.

Qeyd edək ki, aprelin 24-də Sızran rayonunun İvaşevka qəsəbəsində yerləşən mənzildə ikisi kişi, dördü qadın olmaqla, 6 nəfərin meyidi tapılıb. Öldürülənlərdən biri Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt, digərləri isə onun ailə üzvləri olub. Ölümünə qədər A.Qoşt DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

İnterpress.az