Dünyanın ən təhlükəli işi – Rusiya diplomatıbackend

Dünyanın ən təhlükəli işi – Rusiya diplomatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xatırladır ki, son iki ay ərzində həyatını itirən ilk rus diplomat Türkiyədəki səfir Andrey Karlov olub. O, 2016-cı il dekabrın 16-da sui-qəsdin qurbanı oldu.

A.Karlovun terror hücumuna məruz qalmasından bir həftə sonra növbəti ölüm xəbəri Qazaxıstandan gəldi. Qazaxıstanda çalışan diplomat Roman Skrilnikovun dekabrın 26-da yaşadığı mənzildə meyiti tapıldı.

Rusiyanın Yunanıstandakı səfirliyində çalışan 55 yaşlı diplomat Andrey Malanin isə yanvarın 9-da evində ölmüş vəziyyətdə tapıldı.

Bundan sonra, yanvarın 26-da uzun zamandır Rusiyanın Hindistandakı səfiri olmuş 68 yaşlı Aleksandr Kadakinin \”növbəsi çatdı\”.

Son vəfat edən diplomat isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin oldu. 11 ildir bu vəzifədə çalışan 64 yaşlı V.Çurkin Nyu Yorkda dünyasını dəyişib. (trend)

İnterpress.az