İdmanı təbliğ edən jurnalın təqdimatı oldubackend

İdmanı təbliğ edən jurnalın təqdimatı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Sport Time” jurnalının təqdimat mərasimi keçirilib.
İnterpress.az xəbər verir ki, tədbirdə tanınmış idman adamları və fəxri qonaqlar çıxış edib. Tədbiri çıxış sözü ilə açan Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev bildirib ki, idmanın gün-gündən inkişaf etdiyi bir zamanda Azərbaycan mətbuatının idmana verdiyi dəstək çox önəmlidir: “Mən bunun idmançı olanda da, daha sonra da şahidi olmuşam. İdmançıların uğur qazanmasında medianın böyük rolu var.

Bizə göstərdiyiniz dəstəyə görə media nümayəndələrinə təşəkkürümü bildirirəm”. A.Əbiyev daha sonra “Sport Time” jurnalı haqqında fikirlərini səsləndirib. O, qeyd edib ki, idmana həsr olunan bu jurnal gözəl təşəbbüsdür: “İdmanın təbliği və idmançıların cəmiyyətə tanıdılmasında “Sport Time” jurnalının rolu əvəzsizdir. Sonra çıxışı jurnalın baş redaktoru Jalə Rzabəyli davam etdirib.

Baş redaktor jurnalın 2 illik fəaliyyətindən bəhs edib: “Biz nəinki məşhur idmançılar və müxtəlif idman federasiyaları haqqında xəbərləri işıqlandırırıq, eyni zamanda gənc və yeniyetmə idmançılara da dəstək olaraq onların idmana marağını artırırıq”. J.Rzabəyli çıxışının sonunda jurnala dəstək verən idman rəsmilərinə, idmançılara, mədəniyyət işçilərinə və KİV nümayəndələrinə təşəkkürünü bildirib. Tədbir zamanı jurnalın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Daha sonra Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev çıxış edərək bu gün ölkəmizdə idmana olan maraqdan danışıb. ”Azərbaycanda bütün idman növləri inkişaf edib. Dünyada idman ölkəsi olduğumuzu artıq sübut etmişik. Sevindirici haldır ki, qadın idmançılarımızın sayı çoxalıb. Belə bir jurnalın çap edilməsi mütləqdir və sevindirici haldır”. (sputnik.az)

İnterpress.az