“Təzə evlənmişəm, uşağım olacaq” – VİDEObackend

“Təzə evlənmişəm, uşağım olacaq” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb. Müxtəlif çeşiddə zərərli vasitə aşkar edilərək götürülüb.

ARB TV xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən 1-ci məhəllə ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ev 504-də yaşayan 31 yaşlı Əsəd Quliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən ümumi şəkisi 4.590 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Əsəd Quliyev (saxlanılan şəxs): \”Təzəlikcə başlamışam. Heroin aldim, tutdular. Yeni ailə qurmuşam, övladım olacaq\”.

Araşdırma zamanı Əsəd Quliyevin narkotik vasitəni Sumqayıt şəhər 14-cü məhəllə, ev 23-də kirayədə yaşayan, əvvəllər məhkumluq həyatı yaşamış 34 yaşlı Musa İbrahimovdan aldığı müəyyən edilib. İbrahimovun mənzilinə baxış zamanı oradan 120.018 qram heroin, 238.907 qram tiryək və 76.583 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Musa İbrahimov (saxlanılan şəxs) : \”Aldım, amma nə istifadə etmişəm, nə də satmışam. Elə də qaldı. İranlıdan almışdım. Fikrim var idi satım, amma satmadım\”.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İnterpress.azhttps://youtube.com/watch?v=tmrIPJXgPVQ