“Terrorla mübarizə idarəsi yaradılmalıdır”backend

“Terrorla mübarizə idarəsi yaradılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təklifə əsasən təşkilat çərçivəsində terrora qarşı mübarizə idarəsi yaradılacaq.

Antonionun təklifi çərçivəsində terrora qarşı mübarizə idarəsinin rəhbəri BMT baş katibinin yeni müavini olacaq. İdarənin fəaliyyəti BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyəti ilə kəsişməyəcək.

Quterreş təklifinə əlavə edib: \”Bizim məqsədimiz üzv dövlətlərlə beynəlxalq terrorizm təhlükəsinə qarşı yeni əməkdaşlıq qurmaqdır. Bu terror təhlükəsinə dərhal cavab verilməlidir. Nəzərdə tutulan yeni idarə heç bir üzv dövlətin suverenliyinə zərər verməyəcək\”.

Qeyd edək ki, bir müddət əvvəl BMT-nin baş katibi Antoniu Quterreş zorlanma və cinsi istismara qarşı yeni xüsusi işçi qrupunun yaradılması barədə bəyanat vermişdi.

İnterpress.az