Reanimasiyada rəqs etdilər – VİDEObackend

Reanimasiyada rəqs etdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Antalyada bir özəl klinikada baş verən hadisə qardaş ölkədə əsl şok effekti yaradıb. Belə ki, klinikada xidmət göstərən tibbi işçiləri reanimasiya otağında, ağır xəstənin olmasına rəğmən, musiqi səsləndirərək əsl halay çəkiblər.

Başqa bir tibb bacısı isə bu səhnəni telefonla videoya çəkib.
Klinika rəhbərliyi hadisədən xəbər tutduqdan və məsələ ictimailəşdikdən sonra halay gedən personal xidmətçilərini işdən çıxarıb.

Araşdırma zamanı məlum olub ki, bu görüntülər 3 il əvvəl çəkilib. 23 dekabr 2013-cü il tarixdə çəkilən görüntülərdə əməliyyat xalatı geyinmiş tibb bacısı və xidmətçi halay çəkərək rəqs edirlər.
Görüntülərin ortaya çıxmasının ardından bölgənin səhiyyə idarəsi araşdırmaya başlayıb. (moderator.az)

İnterpress.az
https://youtube.com/watch?v=fZ1_R2owLvY