Döyülən təcili tibbi yardım əməkdaşı danışdı – VİDEObackend

Döyülən təcili tibbi yardım əməkdaşı danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, ARB TV xəbər verir ki, Niyaməddin adlı şəхs təcili yardım stansiyasında növbətçi həkim Abbasova ilə mübahisə edərək onu təhqir edib. Bu zaman Vəli Sadıqov həmin şəхsə təhqirlə danışmamağı məsləhət görüb. Ancaq əsəblərini cilovlaya bilməyən şəхs 67 yaşlı sürücünü elə stansiyanın 4 əməkdaşının gözü qarşısında döyməyə başlayıb. Sonra isə dəm qazından zəhərlənən qızını götürüb, 1 saylı Şəhər Хəstəхanasının toksikologiya şöbəsinə aparıb.

Zərərçəkmiş Vəli Sadıqov isə təcili yardım stansiyasının əməkdaşlarının köməkliyi ilə 3 saylı Şəhər Хəstəхanasına gətirilib. İlkin müayinələr zamanı 67 yaşlı sürücüdə burun sınığı və gözünün altının hematoması aşkar edilib.

Baş vermiş hadisə ilə bağlı dərhal ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. Fakt təhqiqatçı tərəfindən araşdırılır. Salamnews-un zərərçəkmişə istinadən verdiyi xəbərə görə, döyülən sürücünün ifadəsi alınıb və məhkəmə tibbi ekspertizası təyin olunub. Alınan rəydən sonra, fakta hüquqi qiymət veriləcək.

Vəli Sadıqov (zərərçəkən): \”Gəldim ki, xəstənin yiyəsi həkimi söyür. Dedim ki, niyə söyürsən? Qapıdan çıxanda sifətimə yumruq vurdu. Daha sonra bir təpik atdı. Buna bir çarə tapmaq lazımdır. Belə hallar tez-tez olur. Xəstənin yiyələri sürücülərə, həkimlərə hücum edir\”.

İnterpress.azhttps://youtube.com/watch?v=kEI3fzHvnU4