Qar uçqunu – Bir ailənin 4 üzvü öldü, yaralı uşaq var – YENİLƏNİBbackend

Qar uçqunu – Bir ailənin 4 üzvü öldü, yaralı uşaq var – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Lerik rayonunun Orand kəndində baş verən qar uçqunu zamanı Əhliman Mustafayevə məxsus ev uçub.

Lerik rayonun fövqaladə hallar komisiyasının sədri Habil Məlikovun AzNews.az-a verdiyi məlumata görə, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus evin dağınıtlarından altından bir nəfər uşaq xilas edilib.

Bu gün Lerik rayonunun Orand kəndində baş verən qar uçqunu zamanı Əhliman Mustafayevin həyat yoldaşı, gəlini, iki azyaşlı nəvəsi dünyasını dəyişib.

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atasına məxsusdur.

***

Hadisə rayonun Orand kəndinə qeydə alınıb.

Rayonun Orand kənd icra nümayəndəsinin AzNews.az-a verdiyi məlumata görə, qar Əhliman Mustafayevə məxsus evin üzərinə düşüb. Bu zaman ev uçub. Uçqun zamanı bir ailənin 4 üzvü həmin anda dünyasını dəyişib. Bir nəfər az yaşlı uşaq isə ağır yaralanıb.

İcra nümayəndəsi sözü gedən kəndə təcili olaraq həkim gəlməsini xahiş etdi:

“Bizə təcili həkim lazımdır.”

İnterpress.az