Ermənilər Azıx mağarasında nə axtarır?backend

Ermənilər Azıx mağarasında nə axtarır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, ermənilər bir neçə ildir ki, avropalı alimlərin iştirakı ilə Azıx mağarasında arxeoloji qazıntı işlərini davam etdirir. Maraqlıdır, düşmən tərəfi Azərbaycana, onun tarixinə məxsus mağarada nə axtarır? Bu araşdırmanın arxasında tarixi ermənilərin xeyrinə saxtalaşdırmaq cəhdi dayana bilərmi?

İnterpress.az xəbər veirr ki, Moderator.az-a açıqlama verən tarixçi alim, professor Cəmil Həsənli torpaqlarımızın bunca müddət ərzində işğalda qalmasının yolverilməz olduğunu, bütün bu problemlərin məhz bundan qaynaqlandığını bildirib:

“Bunun ən böyük səbəbi Azərbaycan torpaqlarının 20 ildən artıq müddətdə erməni işğalı altında qalmasıdır. Azərbaycan ərazisi niyə bu qədər işğal atlında qalmalıdır ki, ermənilər də gəlib orda tədqiqat aparsınlar? Birinci növbədə bunu düşünmək lazımdır.

20 il ərzində bir dövlətin torpağının digər dövlətin işğalında qalması çox uzun bir müddətdir. Bu torpaqların erməni işğalında qalmasının ən böyük məsuliyyəti isə hakimiyyətin üzərinə düşür. Hakimiyyət torpaqların işğaldan azad edilməsi istiqamətində effektli addımlar atmayıb. Ərazisi işğal olunan bir ölkədə məmurlar korrupsiyaya qurşanıbsa, torpaqlar işğaldan azad edilə bilməz”.

İnterpress.az