Kuril adaları ətrafında gərginlik artırbackend

Kuril adaları ətrafında gərginlik artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kuril adalarında hərbi bölük yerləşdirməsi planına Yaponiya etiraz edib.
İnterpress.az \”Ria Novosti\”yə istinadən bildirir ki, Yaponiya höküməti Rusiya Müdafiə Naziri Serqey Şoyqunun Kuril adaları barədə söylədiklərinə etiraz olaraq diplomatik kanallar vasitəsi ilə xəbər yollayıb. Yapoiniyanın Rusiyadakı səfiri Esixde Suqa bu məlumatı təzkib edərək bildirib ki \”Etirazlar 22 və 23 tarixində diplomatik kanallar vasitəsi ilə çatdırılıb. Əgər həqiqətən də, Rusiya Silahlı qüvvələrini Kuril adaları ərazisində hərbi qüvvalərini möhkəmlətmək kimi mövqeyi varsa onda bu münasibəti yaponya dövlətinin möqeyinə zidd görürük və bu bizim dövlətlərin əlaqəsinə mənfi təsir edir. Çünki Cənubi kuril adaları Yaponiya ərazisi kimi tanınır\” deyə keçirdiyi mətbuat konfransında deyib.
Beynəlxalq əlaqələr üzrə Duma komitəsi sədrinin birinci müavini Dmitri Novikov öz növbəsində qeyd edib ki, – Kuril adaları Rusiya ərazisidir və Moskva onu qorumaq üçün hər hansı bir tədbirlər görmək hüququna malikdir.
Rusiyanın müdafiə naziri, çərşənbə günü Dövlət Dumasında öz çıxışında deyib ki, Kuril adalarının müdafiəsi üzrə ciddi və fəal işlər aparılır. O, konkret olaraq bildirib ki, bu il Kuril adalarının qərb və cənub qərb sərhədlərində üç hərbi divizyanın yerləşdiriləcəyi gözlənilir.

İnterpress.az