“Canlı yayıma tez-tez üz tutanlar psixi pozğunluq yaşayır”backend

“Canlı yayıma tez-tez üz tutanlar psixi pozğunluq yaşayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Burada ölkə başçılarından tutmuş siyasətçilərə, sənət adamlarından tutmuş adi insanlara qədər rast gəlmək mümkündür. Şəbəkə sahibləri isə dünya üzrə tələbatı nəzərə alıb daim yenifunksiyalar yaradır, insanlara fərqli məşğuliyyətlər təqdim etməyə çalışırlar. Son olaraq sosial şəbəkələrdə “Canlı yayım” funksiyası istifadəyə verilib. Azərbaycanda əsasən sənət adamlarının üz tutduğu sözügedən funksiya adi vətəndaşlar arasında da geniş yayılıb. Bəzən isə bu canlı yayımlar insanları bezdirəcək həddə çatır. Çünki heç bir ciddi və faydalı məlumat verməyən insanlar yemək bişirərkən, yol gedərkən, avtomobil sürərkən canlı yayıma qoşulub, mənasız söhbətlər edirlər. Mütəxəssislər isə bu durumun psixoloji pozğunluq yaratdığını bildirirlər.

İnterpress.az xəbər verir ki, psixoloq Vəfa Rəşidova musavat.com saytına açıqlamasında vurğulayıb ki, tez-tez canlı yayıma qoşulmaq psixoloji narahatlıqdan xəbər verir:

“Canlı yayım məsələsinə iki cür yanaşma var. Bəzən elə şəxslər olur ki, ciddi peşə sahibidir, canlı yayıma çıxaraq insanlara faydalı məsləhətlər, məlumatlar verir.

"Canlı yayıma tez-tez üz tutanlar psixi pozğunluq yaşayır”

Bəzən isə heç bir fayda verməyən, boş-boş danışan insanlar hər saat canlı yayıma qoşulur. Mən bir mütəxəssis olaraq bu prosesi izləmişəm. Qadın qrupları var ki. qadınlarımız bozbaş , aş bişirə-bişirə efirə qoşulur və ya efirə çıxıb ailəsinin, qayınanasının qeybətini edir. Biri girib yazır ki, mən ərimə filan hədiyyəni aldım, bəs siz? Mən qayınanama belə cavab qaytardım, siz necə yola gedirsiniz? və s. bu proses ailə bağlarını zədələyir.

Onu da qeyd edim ki, davamlı canlı yayıma qoşulan insanlarda natamamlıq kompleksi yaranır. Canlı yayımda olan şəxsə az adam baxanda, şərh bildirməyəndə onlar depressiyaya düşürlər. Bəzən aqressivləşib, narazılıqlarını efirdə dilə gətirirlər.

Fikir vermişəm ki, tanınmış, böyük işlər görən insanlar canlı yayımlara az üz tuturlar. Lakin uşaqlıqdan kompleksi olan, ailədə diqqət görməyən şəxslər daha çox canlı yayıma üz tutur və diqqət çəkməyə çalışırlar. Həyatda hər şey öz dozasında faydalıdır”.

Aktiv sosial şəbəkə istiadəçisi Yeganə Əliqızı isə bildirir ki, əvvəllər “Facebook”un canlı yayım funksiyasından tez-tez istifadə etsə də, artıq onların sayını azaldıb:

“Facebook”da bu funksiya yeni yaradılanda maraqlı gəlirdi, tez-tez yayımlar edirdim. İndi isə azaltmışam. Çünki gördüm ki, digər sosial şəbəkə istifadəçiləri bu funksiyanın da ağını çıxardıb. Çox canlı yayım etmək dostluğundakı insanları bezdirir. Düzdür, heç kim mənə yazmayıb ki, çox yayıma çıxma. Amma mən bəzi dostlarıma irad bildirmişəm, hətta dostluqdan çıxartdığım da var. Biri var tanınmış sima olasan, hər hansı maraqlı məkandan, tədbirdən canlı yayıma qoşulasan. Bir də var ki, efirə çıxıb mənasız söhbətlər edəsən. Bəziləri hamamdan çıxır, başlayır efirə qoşulmağa. Bu etik deyil.

“İnstagram”da da canlı yayım funksiyası yaradılıb. Ən çox istifadə edən sənət adamlarıdır. Onlar canlı yayımda əsl simalarını göstərirlər, ağızlarına nə gəlir danışırlar, söyüş söyürlər. Efirdə bütün günü əxlaqdan danışan qadın müğənnilərdən birinin qızı canlı yayımda söyüşlə danışırdı. Məncə, bu cür funksiyaları daha səmərəli istifadə etsək, hər birimiz üçün faydalı olar”/

İnterpress.az