“İlhamə Quliyeva əldə etdiyi sərvəti mədəni sürətdə dilənib”backend

“İlhamə Quliyeva əldə etdiyi sərvəti mədəni sürətdə dilənib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Sərxan Kərəmoğlu hər kəsi sabah mərhum sənətkar İlhamə Quliyeva üçün keçiriləcək yas mərasiminə dəvət edib. Qeyd edək ki, xalq artistinin oğulluğu hesab edilən Orxan Nadirov sənətkara sabah \”Heydər\” məscidində, bacıları isə fevralın 25-də “Təzəpir” məscidində il mərasimi təşkil edəcək. Sərxan Kərəmoğlu xalq artisinə iki yas mərasimi keçirilməsinə sosial şəbəkədə münasibət bildirib və bu məsələdə mərhumun bacılarını qınayıb:

“İlhamə öldükdən sonra əziz dayısı oğlu evdən, yəni Orxandan bir neçə dəst qızıl əşyaları aldı və əvəzində dəfn üçün pul verdi. Morqda və meyit yuyulan yerdə pul olmayıb, İlhamə yaşayan ərazinin bölmə rəisi pulu Əli Mirəliyevə verib. Demək, üç, yeddi və qırx mərasimləri verildi. Tək qırx mərasiminə getdim, o da Orxana görə. Orxan sələmə pul götürüb yas mərasimlərini verdi və o zaman indiki varislər harada idi? Gülbahar xanım, sizin dilinizdən dəfələrlə eşitmişəm ki, bizim İlhamə ilə işimiz olmaz, o bizim nəslin başını aşağı edib. Bəs indi başınızı aşağı edən birinin var-dövləti sizə necə şirin gəldi? “Bizdən uzaq olsun” deyən siz deyildinizmi? İndi miras sizə qaldı və qanunlara qarşı kimsə çıxa bilməz. Xeyrini görəsiniz, əgər görə bilsəniz. İndi siz il mərasimi verirsiniz?”.

Aparıcı mərhum sənətkar haqqında da bəzi ittihamlar səsləndirib:

“Mən indi anladım ki, İlhamə sizə oxşayıb (bacılarını nəzərdə tutur X.G.). Çünki onun indiyənə qədər etdiyi günahları Allah bilsin. Əldə etdiyi sərvəti mədəni sürətdə dilənib. Dilənçiliklə qalan mirasdan kim necə xeyir tapacaq, onu zaman göstərər. Tək Orxan xeyir tapa bilər, o da Allahın işidir. Çünki Orxanın həyatını bilə-bilə bərbad etdi. Bu artıq başqa mövzudur. İlhamənin ili sabah olacaq. Onun xətrini istəyənlər \”Heydər\” məscidində olsunlar. Dini təqvimə görə hesablanıb. Gedin, çünki sonrası olmayacaq”.

Qeyd edək ki, ötən il fevralın 25-də tromboemboliyadan dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın vəfat ildönümündə də qohumları arasında böyük qalmaqal yaşanmaqdadır. Onun oğulluğu və bacıları arasındakı miras qalmaqalı üzündən fevralın 24-25-də sənətkar üçün ayrı-ayrı məscidlərdə il mərasimi keçiriləcək.

İnterpress.az