“23 fevral”ı bayram hesab edənlərə…”backend

“23 fevral”ı bayram hesab edənlərə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Ziyalısı, müəllimi, həkimi, jurnalisti, tələbəsi \”23 fevral\”ı bayram hesab edib kişiləri təbrik edirlər. Feysbukda, məktəblərdə baş alıb gedən bu təbriklər adamda heyrət, təəssüf doğurur. Ad verə bilmirəm, necə deyərlər söz tapa bilmirəm, bu nə deməkdir. Unutqanlıqmı, savadsızlıqmı, bayağılıqmı, özünütanımamaqmı, mütilikmi, biliksizlikmi….. Adını siz qoyun!\”

İnterpress.az xəbər verir ki, bu sözləri təhsil eksperti Məlahət Mürşüdlü 23 fevral tarixini \”Kişilər günü\” kimi qeyd edənlərə münasibət bildirərkən deyib.

Məlahət Mürşüdlü onu da bildirib ki, biz bu günü yox, 26 iyun tarixini bayram etməliyik:

\”Xoş söz və təbrik istəyənlər və ya kişilərə xoş söz demək istəyənlər, bunun üçün bizim tariximizdə bir gün var: 26 iyun!
Bu gün işğalçı ordu günü deyil, xilaskar bir ordunun günüdür!
1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi\”.

İnterpress.az