Avstriyanın səhiyyə naziri xərçəng xəstəliyindən öldübackend

Avstriyanın səhiyyə naziri xərçəng xəstəliyindən öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, nazir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Nazir xəstəliyi barədə 2015-ci ildə xəbər tutub. Bundan sonra mütəmadi olaraq müalicə olunurmuş. Ötən həftə vəziyyəti pisləşən Sabina xanım xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Sabina Oberxauzer səhiyyə naziri kimi 2014-cü ildən fəaliyyət göstərir. Bu gün onun ölümündən sonra onun vəzifələrini müvəqqəti olaraq Avstriya Səhiyyə Nazirliyinin sosial işlər üzrə müavini Alisa Ştoqeru icra etməyə başlayıb.

Səhiyyə nazirinin ölümü ilə bağlı ölkə rəhbəri də kədərləndiyini bildirib. Prezident Aleksandr Van Der Bellen nazir Sabina Oberxauzer üçün təəssüf hissi keçirdiyini deyib:
“Bu xəbərə çox üzüldüm. Sabina Oberxauzer çox yaxşı kadr, yaxşı insan və vətənpərvər biri idi. Onun yeri görünəcək”.
Nazirin ölümünə ölkənin müxalif qüvvələri də başsağlı veriblər.

İnterpress.az