Ərdoğana sui-qəsd hazırlayan iki əsgər Yunanıstana qaçdıbackend

Ərdoğana sui-qəsd hazırlayan iki əsgər Yunanıstana qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın \”Ethnos\” qəzeti 2 türk əsgərin Yunanıstana qaçdığını və sığınacaq istədiyini yazıb.

İnterpress.az xəbər verir ki, qəzetin iddasına görə, Fatih Arık və Halit Çetin adında iki türk vətəndaşı Meriç çayını keçərək Yunanıstana daxil olub.

Qəzet bu iki şəxsin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı öldürməyə çalışan komandadan ola biləcəyini iddia edir. Yunan polisi hər hansı bilgi verməyib, ancaq açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, 15 iyul 2016-cı il tarixdə çevrilişin ardından Yunanıstana qaçan 8 FETO-cu əsgərin Türkiyəyə qaytarılmamasına qərar vermiş və onların sığınacaq tələbini dəyərləndirmişdi.

İnterpress.az