“Həyatımın ən önəmli, ən istəkli adamı”backend

“Həyatımın ən önəmli, ən istəkli adamı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin yubileyidir. İnterpress.az-ın məlumatına görə, İsa Qəmbərin xanımı Aida Qənbər həyat yoldaşını 60 yaşı tamam olması münasibətilə sosial şəbəkədə belə təbrik edib:

“Həyatımın ən önəmli, ən istəkli adamı – İsa Qəmbərin bu gun yubileyidi – 60 yaşı tamam olur. Bu tarixin yarısından bir az çoxunu bir yerdəyik. Ömür vəfa etsə, hələ çox illər birgə addımlamaq istərdim, çünki onunla olmaqdan zövq alıram, hələ doymamışam. İsa – mənim dostum, həmsöhbətim, dayağım, arxamdı, mənə ruh verən, bəzən yol göstərən, məslətlərini əsirgəməyən – bir sözlə həyatımı bütöv edən kişidi. Sag ol, var ol, əzizim”.

İsa Yunis oğlu Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib.
1979-82-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın \”Ocaq\” kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub. \”1978-79-cu illər İran inqilabı\” mövzusunda dissertasiya işi yazıb.
AXC-nin yaradıcılarından biri, ilk İdarə Heyətinin üzvü, 1990-91-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub.
1990-cı ildə xalq deputatı seçilib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylannda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.
1992-ci ilin noyabr ayında Müsavat Partiyasının başqanı seçilib.
2003-cü ildə “Bizim Azərbaycan” blokunun prezident seçkilərində vahid namizədi olub.
İsa Qəmbər Müsavat Partiyasının 27.09.2014-cü il tarixində keçirilən qurultayında başqanlıqdan gedib.
Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir. (modern.az)
Evlidir, iki oğlu var.

“Həyatımın ən önəmli, ən istəkli adamı"

“Həyatımın ən önəmli, ən istəkli adamı"

“Həyatımın ən önəmli, ən istəkli adamı"

İnterpress.az