Uçqundan sağ çıxarılan 8 aylıq Elcanın vəziyyəti yaxşıdırbackend

Uçqundan sağ çıxarılan 8 aylıq Elcanın vəziyyəti yaxşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə BakiPost.az-a Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev məlumat verib. O bildirib ki, balaca Elcanın həyati təhlükəsi yoxdur: \”Dünən hadisədən sonra özüm şəxsən briqadanın köməyi ilə Elcanı saat 17:00 da xəstəxanaya çatdırdıq. Bütün müayinələrdən keçib. Vəziyyəti qənaətbəxşdir. Yaxşıdır. Ciddi qüsur patologiyası aşkarlanmayıb. Sağ gicgah payında yüngül gematoma (qan yığılması) aşkarlanıb. Artıq o da sorulmaq üzrədir. Həyati təhlükəsi yoxdur”.

Mübariz Ağayev qeyd edib ki, 8 aylıq Elcan sabah evə buraxılacaq.
Qeyd edək ki, Dünən Lerik rayonunda qar uçqunu baş verib. Qar yığını kənd sakini Əhliman Mustafayevə məxsus evin üzərinə düşüb. Qar uçqununun altından 4 meyit, 1 nəfər isə sağ olaraq çıxarılıb. Onlardan ikisi qadın, ikisi isə az yaşlı uşaqlardır. Ölənlər ev sahibi Əhliman Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsidir. 3-cü nəvəsi Elcan isə sağ çıxarılıb.

İnterpress.az