“Şimali Koreyanı terrorçu dövlətlər siyahısına əlavə edin”backend

“Şimali Koreyanı terrorçu dövlətlər siyahısına əlavə edin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Koreya respublikası parlamentinin müdafiə komitəsinin sədri Kim Yen Vu bəyan edib ki, bu barədə məktub ABŞ Senaının silahlı qüvvələr komitəsinin sədri Con Makkeynə göndərilib.

Kim Yen həm də əlavə edib ki, Kim Çen Namın qətli Şimali Koreya rejiminin qəddarlığını nümayiş etdirir. O, Şimali Koreyanı bu cinayətin təşkil edilməsində günahlandırır: \”Məlumdur ki, Şimali Koreya diplomatı bu insidentlə əlaqəlidir. Söhbət Şimali Koreya rəhbərliyinin terrorçuluğundan gedir. Rəsmi Pxenyan bütün ittihamları rədd edir\”.

Cənubi Koreya diplomatlarının müraciəti gələn həftə poçt vasitəsilə Makkeynə çatacaq.

İnterpress.az