“Xocalıda ölənlərin sayı daha çox olub”backend

“Xocalıda ölənlərin sayı daha çox olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Xocalı soyqırımı nəticəsində 63 uşağın, 106 qadının öldüyünü deyirik. Mən bu rəqəmlərə inanmıram. İtkilərimiz daha çox olub. Biz bu rəqəmlərə yenidən qayıtmalıyıq. Çünki o vaxt bu işin qeydiyyatını aparmaq üçün elə də geniş imkan olmayıb\”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova \”Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar\” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Xocalı faciəsinin dünyada tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətləri var.

İnterpress.az