Mehman Hüseynovla bağlı iddia icraata götürüldübackend

Mehman Hüseynovla bağlı iddia icraata götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Apa-nın məlumatına görə, xüsusi ittiham qaydasındakı iddia icraata qəbul olunub. Vəkil Elçin Sadıqov bildirib ki, xüsusi ittiham qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət qaldırsa da, təmin edilməyib.

Növbəti proses 27 fevral saat 09:30-da keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl M. Hüseynov saxlanılıb. O, Nəsimi rayon Pİ-də təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra M. Musayev onu məhkəməyə verib.

İnterpress.az