“Bundan artıq etiraf lazımdır, nəyi gözləyirik?…”backend

“Bundan artıq etiraf lazımdır, nəyi gözləyirik?…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin komitə sədri, Yeni Azərbaycvan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

S.Novruzov deyib ki, bu qərar dünya ictimaiyyətinə yayılmalıdır:

“Biz onların nə vaxtsa tutulacağını və məhkəmə qurulacağını gözləməməliyik. Onların bir neçəsi törətdikləri cinayəti BMT kürsüsündə belə etiraf ediblər. Ermənistan prezidenti Serj Sarkisyanın özü də BMT-də Xocalıda neçə iştirak etməsini etiraf edib. Bundan artıq etiraf lazımdır? Ermənistanın “böyük ziyalısı” adını alan Zori Balayan Xocalıda uşaqların necə öldürülməsini, onların yandırılmasından ləzzət aldığını qeyd edib. Onlar dünya ictiamiyyətinin qarşısında öz günahlarını boynlarına alıblar. Bu baxımdan nəyə görə biz onların izahat yazması və ya məhkəmə qarşısında etiraflarını gözləməliyik? Bu insanlarla bağlı hərbi məhkəmədə cinayət işi qaldırılıb. Hərbi məhkəmənin kollegiyası qərar qəbul edərək, bütün dünya ölkələrinə göndərməlidirlər. Məhkəmə hüquqi sistemində mövcüd olan şifahi qərar da qəbul etmək olar”.
Komitə sədri qeyd edib ki, tarixən Azərbaycan əhalisi ona qarşı olan ayrı-ayrı nizami ordu ilə vurşmaq təhlükəsi ilə üzləşib:

“Xocalı da bu cür böyük faciələrdən biridir”.

S.Novruzov vurğulayıb ki, Azərbaycan Prezidenti həm Münhendə keçirilən konfransda, həm də müsahibələrində bir başa Xocalı faciəsinə toxunaraq, bu faciənin əsas günahkarlarının adlarını sadalamaqla yanaşı, çox gözəl fikir söyib:

“Cənab Prezident bildirib ki, Xocalı soyqırımın törədilməsinin səbəblərindən biri də orada yaşayanların İslam dininə olan inancıdır. Əfsuslar olsun ki, bəzi İslam ölkələri Ermənistanla isti münasibət qurmağa cəhd edirlər. Əgər insanlar İslama olan inancına görə qırılırlarsa, digər tərəfdən onların Ermənistana isti münasibəti qəbul edilməzdir. Milli Məclis Azərbaycan Prezidentinin fikirlərinə dəstək olaraq, həmin ölkələrin parlamentlərinə müraciət göndərməlidir”.

İnterpress.az