“Türkiyə Suriyaya nəzarət etmək istəmir”backend

“Türkiyə Suriyaya nəzarət etmək istəmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İlnur Çevik Türkiyənin Suriya üzərində nəzarət qurmayacağını bəyan edib. Türk ordusu İŞİD terror qruplaşması məhv edildikdən sonra Suriya ərazisini tərk edəcək.

Ərdoğanın müşaviri Çevik deyib: \”Türkiyə Suriya üzərində nəzarət qurmaq istəmir. Türkiyə sadəcə İŞİD-i məğlub və məhv etmək istəyir. Biz Suriyada qalmaq fikrində deyilik. İŞİD-i məğlub etdikdən sonra və əgər ərazi kifayət qədər müdafiə olunsa, əmin olacayıq ki, kimsə oradan qayıtmayacaq. Bu zaman Türkiyə Suriyanı tərk edəcək\”.
Müşavirin sözlərinə görə, Türkiyə İŞİD-in Suriya paytaxtı Rakka şəhərində uğurlu əməliyyatlar keçiriləcəyinə əmindir. Tezliklə Rakka azad ediləcək.

İnterpress.az