Səyyad Salahlı ABŞ səfirlərini ittiham etdibackend

Səyyad Salahlı ABŞ səfirlərini ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xocalı faciəsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasında ölkə televiziyalarının üzərinə yük düşür. Lakin onların başı şouya qarışdığı üçün bu gün biz bu istiqmaətdə işləri görmürük”.

İnterpress.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı deyib. Onun sözlərinə görə, faciəni xarici ölkədə yaşayan insanlara çatdırmalıyıq ki, erməni vəhşiliklərini görsünlər.

“Bizə qarşı münasibətlərdə ikili standartlar var. Azərbaycana gələn ABŞ səfirləri Xocalı soyqırımını tanımır, deyir ki, təcavüzkarı barmağımla göstərə bilmərəm. Lakin Ermənistana gələn bütün Amerika səfirləri qondarma “erməni soyqırımı”nı tanıyır, bəyanatlar verirlər, bayraq qaldırır, müsahibələr verir, gözyaşı axıdır. Lakin, bizim Xocalı soyqırımını tanımır. Ölkədə olan bütün səfirlər Cocuq Mərcanlıya getdi, lakin ABŞ səfiri gəlmədi. Bunu kompensasiya etmək üçün Qarabağ əlilinin evinə getdi. Mən bunu da bəyənmədim”.

İnterpress.az