“Yalnız “gözləyin” deyirlər. Heç bir məlumat vermirlər”backend

“Yalnız “gözləyin” deyirlər. Heç bir məlumat vermirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mərhumun anası Şərqiyyə Rzayeva Modern.az-a açıqlamasında aparılan araşdırmaların nəticəsi barədə məlumat ala bilmədiyini deyib:

“Yalnız “gözləyin” deyirlər. Heç bir məlumat vermirlər”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Dəyanət Rzayevin ölümü ilə bağlı açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir:

“Ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizaları təyin edilib. Həmçinin, çoxsaylı şahidlərin ifadələri alınıb. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılan cinayət işi üzrə zəruri istintaq tədbirləri aparılır”.

Prokurorluq rəsmisi hələlik ekspertiza rəyinin açıqlanmadığını bildirib.

1971-ci il təvəllüdlü Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.
Ş.Rzayeva oğlunun telefon zənglərinə cavab vermədiyindən narahat olaraq onun evinə gedib. Özündə olan açarla evə daxil olub və oğlunu boynunda kəmərlə boğulmuş şəkildə aşkarlayıb. İlkin ehtimallara görə, D.Rzayevin intihar etdiyi bildirilir. D.Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

İnterpress.az