Paytaxda peyvənd qıtlığı varmı?backend

Paytaxda peyvənd qıtlığı varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yolxucu xəstəliklərin qarşısını almaq məqsədi ilə uşaqlara vurulan peyvəndlərin hazırda poliklinikalara verilmədiyi bildirilir. Peyvəndlər təqviminə əsasən Hepatit B üzrə peyvənd uşaq doğulduqdan sonra 12 saat ərzində, BCJ, OPV doğulduqdan 4-7 gün, GDTHibHepB, OPV, Pk 2 ay, GDTHibHepB, OPV 3 ay, GDTHibHepB, OPV, Pk 4 ay, Pk, İPV 6 ay, QPM, Vitamin A 12 ay, GDT, OPV, Vitamin A 18 ay sonra, QPM, ADT, Vitamin A 6 yaşda vurulmalıdır.

Biləcəri qəsəbəsi- 3 saylı Uşaq Poliklinikasından AzNews.az-a verilən məlumata görə, hazırda bu tibb müəssisəsində uşaqlar üçün nəzərdə tutulan bütün peyvəndlər var: “Peyvəndlə bağlı problemimiz yoxdur. Yeganə problemimiz \”mantu\” peyvəndi ilə bağlıdır. Heç bir poliklinikada \”mantu\” peyvəndi yoxdur. Çünki bunu mərkəzləşdirilmiş qaydada poliklinikalardan alıb vərəm xəstəxanalarına veriblər.”

6 saylı Uşaq Poliklinikasında da uşaqlar üçün nəzərdə tutulan peyvəndlərin hamısının olduğu qeyd olunub: “Poliklinikamızda bütün peyvəndlər var. Amma \”mantu\” yoxdur. Ümumiyyətlə, \”mantu\” poliklinikalardan yığışdırılıb. Bu peyvənd vərəm dispanserlərinə verilib.”

İnterpress.az