PKK tədbirlərində iştirak edən şəxs nazir təyin edildibackend

PKK tədbirlərində iştirak edən şəxs nazir təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, xəbər verir ki, Belçikada fəaliyyət göstərən \”Flaman İttifaq Partiyası\”nın üzvü Zuhal Demir dövlət naziri təyin edilib. Zuhal Demir əvvəllər Belçikada təşkil edilən PKK tədbirlərində və nümayişlərində iştirak edib.

Belçikada yoxsulluqla mübarizə fürsət bərabərliyi və əlillərə görə məsul dövlət naziri Sleurs yerli seçkilərdə iştirak etmək üçün tutduğu vəzifədən istefa edib. Onun yerinə isə Zulah Demir gətirilib. Demir bu gün and içərək vəzifəyə başlayacaq.

Demir ötən ay dəvət edildiyi televiziya verilişində PKK tədbirlərində iştirak etdiyi barədə iddiaları yalanlamamışdı. PKK tədbirlərində çəkilən fotolarını isə bunun fövqəladə bir hal olduğunu bildirmişdi. PKK-ya xoş münasibət göstərmədiyini bildirsə də, sosial şəbəkələrdə tənqid atəşinə tutulmuşdu.

Qeyd edək ki, Belçikada təşkil edilən PKK tədbirində Zuhal Demirin əlində terror qruplaşmasının bayrağı və Abdullah Öcalanın portreti olub.

İnterpress.az