Xocalı faciəsi tarixin qan yaddaşıdırbackend

Xocalı faciəsi tarixin qan yaddaşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisidə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş plenar iclas keçirildi. İclası açıq elan edən spiker Oqtay Əsədov gündəliklə bağlı müzakirələrə yer verdikdən sonra “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar” qərar layihəsi müzakirə olunundu.

İnterpress.az xəbər verir ki, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov layihəni təqdim edərək: \”Hüquq-mühafizə orqanlarına tövsiyə olunsun ki, Xocalı şəhərində soyqırım aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər. Müvafiq dövlət və qeyri-hökumət qurumları və QHT lər Ermənistan-Azərbaycan arasındakı münaqişələrlə bağlı məlumatların geniş yayılmasına çalışaraq erməni təbliğatının yalanlarını ifşa etmək üçün səylərini birləşdirsinlər və 1992-ci ildə Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını xarici ölkələrdə, beynəlxalq təşkilatlarda soyqırım cinayəti kimi tanıtmaqda fəallıq göstərsinlər\” dedi.

“Xocalı soyqırımı əsrin Xatın, Naqasaki kimi dəhşətli faciəsidir”

Vitse-spiker Bahar Muradova söylədi ki: Tarixə qara hərflərlə yazılmış Xocalı faciəsi aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaqla yanaşı Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Tarixi abidələrlə zəngin olan Xocalı şəhərinin darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

“Üzeyir Hacıbəyovun əsərlərini ermənilər mənimsəyirdi”

Milli Məclisdə keçirilən Xocalı faciəsini anım mərasimində müzakirələrə qatılan millət vəkili Rafiq Məmmədhəsənov 1992 ci ilin fevralında erməni vandalları tərəfində törədilmiş soyqırımı pislədi. 25 il sonra fevral ayında qondarma “Dağlıq Qarabağda” referendum keçiriliməsini ermənistan hakimiyyətinin növbəti həyasızlığı və ağılsız siyasəti adlandırdı. Tarix boyu Azərbaycanın milli mənəvi dəyərlərini öz adlarına çıxan üzdəniraq qonşularımızın əməllərini sübut edən maraqlı bir fakt açıqladı. Millət vəkili söylədi ki, Üzeyir bəy Hacıbəyova xəbər çatdırırlar ki, onun yazdığı əsərlərini erməni bəsətkarları öz adlarına çıxaraq özünükü kimi təqdim edirlər. Təsdiqlənmiş bu məlumatı Üzeyir bəy Mircəfər Bağırova deyir, o isə öz növbəsində Stalinə çatdırır ki, Azərbaycanlı bəstəkarın əsərlərini ermənilər öz adlarına çıxırlar və bu mübahisəli məsələ artıq böyüyür. Həmin zaman Stalin əmr verir ki, qoy Üzeyir bəy o əsrin üzərində işləyib səhnələşdirsin və film çəkilsin. Beləliklə, müdrik və obyektiv yanaşmanın nəticəsi olan ölməz sənət əsəri “Arşın mal alan” filmi çəkilir.

Novruz Aslanov öz çıxışında erməni simasızlığını pisləyərək onların “Dənizdən dənizə” siyasətlərindən başlayan yüz illər boyu törədilmiş qırğınları və Xocalı faciəsində edilən vəhşilikləri elə öz kitablarında təsdiqlədiklərini söylədi.Bu soyqırımın nə qədər dəhşətli olduğunu təsəvvür etməkdən ötrü ermənilərin fəxarətlə yazdıqları bu etirafların çox tutarlı fakt olduğunu dedi. Xocalı soyqırımında insanlarıa verilmiş dözülməz işgəncə səhnələrini işıqlandıran erməni yazarlarının öz kitablarından misal gətirərək sölədi ki, “Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayanın \”Ruhumuzun dirçəlişi\” adlı kitablarını alıb Azərbaycana gələn qonaqlara və Azərbaycanı təmsil edən xaricdə keçirilən tədbirlərdə paylamaq lazımdır. Qoy bütün dünya insanlıq simalarını itirmiş bu qəddar qaniçənlərin törətdiyi əməllərini elə öz yazdıqları əsərlərdən oxuyub şahid olsun”deyə əlavə təkliflərini də bildiridi. Tarixin ayrı-ayrı dövrlərinə baxsaq görərik ki, Azərbaycan əhalisi üzərinə gələn nizami ordu ilə vuruşmaq təhlükəsi ilə üz-üzə qalıb. Xocalı soyqırımı da bu qətliamın bir hissəsi və ən böyük faciələrdən biridir”.

“Biz erməni canilərin həbsini gözləməməliyik”

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov söylədi ki: beynəlxalq hüquq prinsiplərinə görə, Xocalı etnik, dini təmiziləmə məqsədilə həyata keçirilən qətliamdır. Xocalı soyqırımının həyata keçirilməsində iştirak edənlərin siyahısı tərtib olunub. Biz gözləməməliyik. Hüquq-mühafizə orqanları şifahi də olsa, onlar haqqında qərar çıxarmalı və bu qərar dünyaya yayılmalıdır. Biz onların nə vaxtsa tutulacağını və məhkəmə qurulacağını gözləməməliyik. Onların bir neçəsi törətdikləri cinayəti BMT-nin sürtülmüş kürsüsündə belə, etiraf ediblər. Ermənistan prezidenti Serj Sarkisyanın BMT-də Xocalıda iştirakını etiraf etməsini əsas gətirərək Bundan artıq etiraf lazımdırmı? deyə fikrini tamamadı.

“Soyqırımla bağlı gənclərimizin məlumatı azdır”

Millət Vəkili Elman Nəsirov erməni işğalçılarının qanıçən və başkəsən əməllərini pisləyərək onları olduqları kimi dünyaya tanıtmaq üçün siyasi informasiya müharibəsinin güclü təsirindən danışdı. Erməni vandalizmini sübut edən Xocalı hadisələrini daha çox qabartmağın vacibliyini dedi. Respublikamızda keçirilən sorğularda gənclərin Xocalı faciəsi haqqında məlumatlarının az olmasını utanc verici hal kimi dəyərləndirdi.

“Şəhidlər Xiyabanında Xocalı abidəsi olmalıdır”

Bir sıra təkliflərlə çıxış edən Qənirə Paşayeva Şəhidlər Xiyabanında Xocalı abidəsinin qoyulması təklifini irəli sürdü: “Bakıda soyqırımı muzeyi ilə bərabər, Şəhidlər Xiyabanında informasiya mərkəzinin yaradılması da vacibdir. Soyqırımı dünyaya daha təsirli dildə çatdırmaq üçün beynəlxalq səviyyəli bədii filmin çəkilməsinə böyük ehtiyac var. Yəhudi soyqırımı ilə bağlı “Pianoçu” filminin yəhudi soyqırımı gerçəklərinin dünyaya yayılmasında böyük təsirini xatırlayaq\”.
Deputat Rafael Cəbrayılov ona dəstək olaraq, dedi ki, Azərbaycanda soyqırımını özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur: “Şəhidlər Xiyabanında soyqırımı memorial kompleks salınmalıdır”deyə təklif irəli sürdü.

İnterpress.az
Aynur Arifqızı