Peruda qəza — 20 nəfər yanıb öldübackend

Peruda qəza — 20 nəfər yanıb öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qəza yük avtomobilinin motosiklet və mikroavtobusla toqquşması nəticəsində baş verib. Hadisə Truxilyo şəhəri yaxınlığında qeydə alınıb.

Perunun yanğın xidmətinin rəhbəri Viktor Fernandesin bildirdiyinə görə, yük maşını sürətlə hərəkət etdiyindən, qəzadan sonra partlayış baş verib. Partlayışın ardından isə yanğın başlayıb.

Hadisə barədə məlumat verilən kimi əraziyə yanğınsöndürənlər və həkimlər cəlb olunub. Yanan avtobusda 19 nəfərin meyiti aşkar olunub. Onların qalıqları şəxsiyyətlərinin müəyyən edilməsi üçün yaxınlıqdakı Truxilyo şəhər xəstəxanasına çatdırılıb. Hadisə zamanı motosikletdə olan şəxs də yanaraq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

İnterpress.az