Ağ Evdən ABŞ mətbuatına böyük hörmətsizlikbackend

Ağ Evdən ABŞ mətbuatına böyük hörmətsizlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ağ Evin gündəlik brifinqinə mətbuat nümayəndələri buraxılmayıblar. Tədbirə CNN kanalı, “New York Times”, “Politico”, “Los Angeles Times\” qəzetləri brifinqə buraxılmayıb. CNN TV-nin rəhbərliyi bildirib ki, bundan əvvəl belə bir hörmətsizlik edilməmişdi. İndiyə qədər Ağ Evdə keçirilən brifinqlərdə mətbuat nümayəndələri həmişə iştirak edib.

Ağ Ev rəhbərliyindən isə məsələyə belə açıqlama verilib:

“Bu tədbir jurnalistlər üçün nəzərdə tutulmamışdı. Brifinqin işıqlandırılmaması lazım idi”.

Hadisədən sonra Amerika mətbuatında etirazlar yaranıb. Bəzi KİV nümayəndələri Ağ Ev və ABŞ rəhbərliyinin bu addımını sərt tənqid ediblər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün bəzi ABŞ KİV-lərini “xalqın düşməni” adlandırıb.

İnterpress.az