Bakı-Qazax magistral yolunda maşın aşıbbackend

Bakı-Qazax magistral yolunda maşın aşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 490-cı kilometrliyində, Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb.

Şəmkir rayonu Keçili kənd sakini, 1986-cı il təvəllüdlü Ələkbərov Elsevər Rövşən oğlu idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarına aşırıb.

Nəticədə sürücü və sərnişini, xalası oğlu, 1996-cı il təvəllüdlü Əjdərli Ülfət Yaqub oğlu müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

İnterpress.az