Binəqədi sakini özünü 9 mərtəbəli evin damından atmaq istəyibbackend

Binəqədi sakini özünü 9 mərtəbəli evin damından atmaq istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə doqquzmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısını alıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

İnterpress.az