“Yaxın saatlarda aprel döyüşləri təkrarlana bilər”backend

“Yaxın saatlarda aprel döyüşləri təkrarlana bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov baku.ws-ə açıqlamasında deyib. O, bildirib ki, bu dəfə ki, toqquşmalar zamanı hər iki tərəfin daha çox itiklər verməsi mümkündür.

\”Cəbhənin Şimal və Şərq istiqamətlərində gərginlik hələ də davam edir. Belə davam edəcəksə, Azərbaycan Müdafiə Nazirliyi yəqin ki, apreldə baş vermiş məlum cəzalandırma sistemini yenidən işə salacaq və düşmən ən ağır şəkildə cəzalandırılacaq. Gedişat onu göstərir ki, Ermənistan yaxın saatlarda bu təxribatlara son verməsə, Azərbaycan tərəfi məcbur qalıb, lazım olan cavabı verəcək. Onu da deyim ki, aprel döyüşləri zamanı itkilərin sayı 100-ü keçdirsə, bu dəfə hər iki tərəfdən itkilər daha çox olacaq. Aprel döyüşlərində məhdud sayda hərbi qulluqçular iştirak edirdisə, bu dəfə düşməni ram etmək üçün daha böyük şəxsi heyyət döyüşlərə qatılacaq\”.

İnterpress.az