“Ermənilərin törədikləri qətliamın şahidləri hələ aramızdadır”backend

“Ermənilərin törədikləri qətliamın şahidləri hələ aramızdadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün Bakıda keçirilən “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində çıxışı zamanı bildirib.

Səfir deyib ki, ermənilərin etdikləri təkcə Azərbaycana qarşı deyil, türklərə qarşı olub:
“Onlar bizi zəiflətməyə çalışıblar. Xocalı faciəsini törədənlər bunu ört-bastır etməyə çalışır. Onlar bunu utanmazcasına edir. Ermənilərin törədikləri qətliamın şahidləri hələ var, onlar aramızdadır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu faciəni görməzdən gəlməyə çalışırlar. Xocalı soyqırımı dünyanın gözü qarşısında törətilmiş cinayətdir”.

İnterpress.az