“Cocuq Mərcanlıda hər şey qaydasındadır”backend

“Cocuq Mərcanlıda hər şey qaydasındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu AzVision.az-a Cəbrayıl rayonu Cocuq Mərcalı kəndinin yeganə sakini olan Oqtay Həziyev deyib.

Gecə saatlarında cəbhədə vəziyyətin gərginləşdiyini deyən O.Həziyev hazırda kəndə durumun nomal olduğunu bildirib: “Narahat olmayın, kənddə təmir-bərpa işləri davam etdirilir. Azərbaycanın güclü ordusu var. Biz Azərbaycan ordusuna arxayınıq. Əminəm ki, ordumuz düşmənin bütün təxribat cəhdlərinə layiqli cavab verir və verəcək”.

Xəbər verdiyimiz kimi, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

İnterpress.az