“Bizi Qarabağa göndərin”backend

“Bizi Qarabağa göndərin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı professor, Dünya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü,. prezidenti İlham Əliyev tərəfindən \”Vətənə Xidmət Ordeni\” ilə təltif edilmiş Aygün Attar Moderator.az-a ölkə başçısına ünvanlanmış məktub göndərib.

Məktubu olduğu kimi təqdim edirik:

\”Azərbaycan Prezidenti , Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı hörmətli İlham Əliyevə!

Cənab Prezident, əvvəlcə zati-alinizə və sizin timsalınızda bütün Azərbaycan xalqına Xocalı Soyqırımının 25-ci anımili səbəbi ilə başsağlığı verərək, həyatını itirən ailələrdən geridə qalanların acısını paylaşdığımızı ərz etmək istəyirik.
Biz vətəndən uzaqda yaşasaq da qəlbi vətən üçün döyünən Azərbaycanlılar olaraq 21-ci əsrin üzqarası və bəşəriyyətə qarşı törədilmiş bu faciənin – Xocalı Soyqırımının dünya tərəfindən tanınması, qəbul edilməsi və bunu həyata keçirən cinayətkarların cəzalandırılması üçün illərdir israrla siyasi, hüquqi və insani olaraq bütün vasitələrdən istifadə edirik.
Ancaq bu məktubda sizə müraciət etməkdə məqsədimiz Xocalı soyqırımı ilə bağlı olmaqla yanaşı başqa məqamdır.
Dünyada insan olan hər kəsin qanını donduracaq Xocalı Soyqırımının məhz 25-ci ilinin anımı həftəsində bu Soyqırımı həyata keçirən terror qrupunun içində vəzifə sahibi olan cinayərkarların utanmadan, arlanmadan Qarabağda sərhədlərimizi pozaraq hücuma keçməsi düşmənimizin bizə qarşı duyduğu nifrət və xaraktersizliyinin konkret göstəricisidir.
Bu xain hücum simasız, pişkin Ermənistan dövlətinin arxasında dayanan qüvvələrə güvənərək Azərbaycana mesaj vermə cəsarətini göstərməsidir.
Başında durduğunuz Şanlı Azərbaycan ordusu eynilə 2016-cı ilin aprel ayında etdiyi kimi düşməni darmadağın edəcəkdir, buna şübhəmiz yoxdur.
Biz Dünya Azərbaycanlıları olaraq bu prosesdə Qarabağda ön cəbhədə aktiv vəzifə almaq istəyirik. Sevə-sevə yerinə yetirəcəyimiz bu vəzifə 50 milyondan çox Azərbaycanlının və 250 milyonluq Türk Dünyasının Can Azərbaycan üçün səfərbərlik elan etdiyini Ermənistan başda olmaqla Azərbaycana diş atmaq arzusunda olan hər kəsə dəqiq bir mesaj olacaqdır.
Çörəyi, suyu, vətən haqqı üstümüzdə olan Ana Vətən üçün mübarizə aparmağa və ölməyə hazırıq.

Cənab Prezident, bizlərin o torpaqlarda şəhid olması Xocalı Soyqırımında həyatını itirən yüzlərlə günahsız insanların və yaşları bir günlük körpəylə ilə 7 yaş arasında dəyişən 25 uşağın ruhunu şad edəcəkdir .
Cənab Prezident, zati-aliləriniz tərəfindən keçən il mənə təqdim edilən \”Vətənə Xidmət Ordeni\” ilə xaricdə yaşayan və 30 ilə yaxındır ki, vətən üçün xidmət etməyə çalışan vətəndaş olaraq qürur duydum. Hayatımın ən şərəfli mükafatı olan və baş ucumdan ayırmadığım bu mükafat üçün bir daha sağ olun.
Vətənə xidmət edən vətəndaş olmaq vətənin bütövlüyü üçün hər an can verə bilməkdir, o zaman bu mükafatın da, vətənimizin da haqqını vermiş olacağıq. Vətən üçün ölməyə hazırıq və Ali Baş Komandanımızdan əmr gözləyirik.

Qələbə bizimdir, Allah Şanlı Ordumuzu qorusun!\”

İnterpress.az