İnformasiya təxribatı: Ermənilər saxta videolar yayırbackend

İnformasiya təxribatı: Ermənilər saxta videolar yayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

interpress.az xəbər verir ki, düşmən tərəfinin yerli sakinlərin “telefon danışığı” və hərbçilərimizin erməni silahlı qüvvələri tərəfindən “vurulması”nı əks etdirən görüntülər yayır və bu görüntülər real deyil, videomontajdır.

Ermənistanın Müdafiə Nazirliyi aprel döyüşlərində olduğu kimi bu dəfə də müasir texnologiyanın imkanlarından “məharətlə” istifadə etməklə təmas xəttində növbəti təxribat cəhdlərinin iflasa uğramasını, döyüşlərdə ağır itkilər vermələrini ört-basdır etməyə çalışır.

Düşmənin saxta görüntülər və yalan məlumatlar yaymaqda əsas məqsədi Ermənistan cəmiyyətində “qəhrəman” obrazı yaratmaq və Azərbaycana psixoloji təsir göstərməkdir.

Nəzərə almalıyıq ki, Ermənistanla müharibə təkcə cəbhədə deyil, informasiya müstəvisində də aparılır.