Şəkidə 4 otaqlı ev, Bakıda minik avtomobili yanıbbackend

Şəkidə 4 otaqlı ev, Bakıda minik avtomobili yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın FHN saytına istinadən verdiyi xəbərə görə, Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 126 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 10 m² sahədə və evin dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus “Volkswagen” markalı minik avtomobilinin mühərrik hissəsi yanın. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

İnterpress.az