“Həmin şəxslər ədalət məhkəməsi qarşısında dayanmalıdır”backend

“Həmin şəxslər ədalət məhkəməsi qarşısında dayanmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Vitse-spiker bu cinayətə yol verən insanların dəqiq müəyyənləşdirilməsini də vacib sayıb:

“Biz hər şeydən əvvəl Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, insanlarımızı yurdlarına geri qaytarmalı, bu cinayətə yol verən insanları və onların dairəsini dəqiq müəyyənləşdirməli və gələcəkdə onları ədalət məhkəməsi qarşısına çıxarmalıyıq. Bu vəzifə bizim qarşımızda dayanır və bunu yerinə yetirmək üçün hər bir kəs öz imkanlarını səfərbər etməlidir”.

B.Muradova qeyd edib ki, beynəlxalq cinayətləri törədən şəxslərin məhkəməyə verilməsi üçün beynəlxalq konvensiyalar mövcuddur. Azərbaycan qanunvericiliyi bu konvensiyadan irəli gələn öhdəlikləri, beynəlxalq cinayətləri insanlığa və bəşəriyyət əleyhinə cinayətlər kimi özündə əks etdirir:

“Amma əlbəttə ki, yeni dövrdə beynəlxalq cinayətlər sırasına yeni anlayışlar da daxil edilir. Bu, etnik təmizləmə cinayətidir ki, o da qanunvericlikdə yeni dövrün qayda-qanunlarına uyğun şəkildə öz təsdiqini tapmalıdır”.

İnterpress.az