Gəncədə olay: İŞİD bilib hücum etdilərbackend

Gəncədə olay: İŞİD bilib hücum etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, bir neçə ay öncə Gəncə şəhərində “BES İSİS” adlı qadın gözəllik salonu xanimların istifadəsinə verilib. Lakin bu ad salona heç də uğur gətirməyib. Son günlər salon işçiləri dindar sakinlər tərəfindən hədələnir. Xüsusən də dindar qadınlar tərəfindən gözəllik salonunun yandırılacağı hədələri gəlir. Narahatlığa isə salonun adı səbəb olub. Sakinlər salonun adını “İŞİD”-in inglis dilində tərcüməsi “İSİS” ilə səhv salınıb və salonu dağıdacaqlarını deyiblər. Xəbərdarlıq aldıqlarını deyən salon işçiləri vəziyyətdən narahatdır.
Məsələ ilə bağlı salon rəhbərinin İnterpress.az saytına verdiyi məlumata görə, “İsis” Misir mifologiyasında günəşin anası kimi tanınmış gözəllik tanrısı “İSİS” ilahəsinin adından, “BES” ruzi bərəkət, xoşbəxtlik , sevinc, huzur bəxş edən qədim Misir tanrısının adından götürülüb. Salona bu iki adın birləşməsindən “Bes İsis” adi verilib.
“Hansısa dini təriqqət üzvləri olan bəzi naməlum şəxslər bu gözəllik salonunu İŞİD-ə xidmətdə suçlamış və İnstaqram səhifəsində bəzi şəxslər tərəfindən qarayaxma kompanyasına başlayıblar. Bununla əlaqədar həmin Gözəllik Mərkəzinin rəhbəri Aygün Süleymanova öz açıqlamasında bildirdi ki: “Bes isis” gözəllik salonu yeni açılmasına baxmayaraq bizim əməkdaşların bacarıqlarını nəinki doğma Gəncəmizdə, hətta Respublikamızın sənətə qiymət verən bir çox tanınmış adamları öz fikirlərini söyləyib işimizi və xidmətlərimizi alqışlayıblar. Bu gözəllik mərkəzi xaricdə iş təcrübəsi olan peşəkarlarla formalaşmaqdadır. Hal-hazırda mərkəzdə 7 nəfər professional işçi komandası çalışır və ən qısa zamanda onların sayı on beş nəfər olacaq. Fəaliyyətə başlayandan bəri xidmətlərimizdən istifadə edənlərin hər biri ağız dolusu təriflər söylərkən bir sıra paxıl və zəif adamlar təbiətlərində olan neqativlərini gizlədə bilmirlər. Bizim salonun dizayn işləri üçün dəvət etdiyim bir şirkətin işini bəyənmədiyim onları bizə düşmən adamlara çevirdi və öz səhifələrində bizə qarşı qarayaxma kampanyasına başladılar. Onların öz səhifələrində paylaşdıqlarını oxuyub xəbərdarlıq etdim ki, salonun adi ilə bağlı cahilcəsinə söylədikləri fikir olduqca gülünc və utancvericidir. Belə hal davam edərsə onları məhkəməyə verəcəyim xəbərdarlığını etdim. Bu xəbərdarlıqdan sonra həmin səhifələr bizi blok etdilər və diğər səhifələrdən başqa adlarla paylaşımlar etdilər. Bu da azmış kimi naməlum şəxslər bir neçə gecə bizim binaya yaxınlaşıb ətrafdakı adamlara salona getməyin günah və düzgün olmadığı barədə gərəksiz və absurd fikir bildiriblər. Bundan sonra mən mütləq mühafizə xidməti ayırmağı düşündüm. Mən burdan hər kəsə səslənib bildirirəm ki “ Bes İsis ” adı inanc deyil. Bu Misir ideoloğyasında adları keçən tanrı adlarından götürülüb və insan mədəniyyətləri sırasında olduğu üçün bizim tərəfdən ideologiya olaraq seçilmışdır. “Bes isis” loqosunun tasarımını özüm çizmişəm və bu mənə məxsusdur. Burda latın hərifləri ilə yanaşı görmə əngəlliyi olan insanlar üçün Brayl əlifbasından da istifadə olunub. Bununla mən cəmiyyətə mesaj verməyə çalışdım ki, əngəlli həyat keçirən insanlar üçün də gözəllik yaradılmalıdır. Görmə əngəlli problemli xanimlarımız var ki, onlar özünə qapanaraq cəmiyyətdən tədric olunur. Bizim məqsədimiz isə həmin xanimlara pulsuz xidmət göstərərək onların gözəlliyini artırmağa çalışmaqdır. Hətta respublikamızın digər bölğələrində yaşayan əngəlli xanimlarımızın toy və xoş günlərində də əməkdaşlarımız tərəfindən onların evinə gedərək bütün xidəmətləri təmənnasız olaraq qarşılanacaq. Bu barədə salonumuzun açılışında iştirak edən televiziya nümayəndələrinə mən öz müsahibəmdə məlumat verdim ki, hər bir xanımın bu barədə məlumatı olsun və istənilən halda bizim salona öz doğma məkanları kimi müraciət edərək tərəfimizdən göstərilən bütün xidmətlərin təmənnasız və heç bir ödəniş olmadan göstəriləcəyini bilsinlər . “

Hicablı xanımlar tərəfindən “Bes İsis”gözəllik mərkəzinə olunmuş təziqlərin doğru olub-olmadığı barədə suala cavab olaraq salon rəhbəri bildirdi ki: “Bizim salonda hicablı xanımların bəzədilməsi üçün xüsusi xidmətlər var və onlara göstərilən bütün xidmətlərimiz alqışlanıb təriflənir. Ən acınacaqlısı isə bizim daimi müştərimiz olan hicablı xanımları da hiddətləndirən bir fakt var ki, bizi tanıyıb qapımızı açmayan bəzi “dindar” xanımlar isə bizim salonun adını İŞİD adına bənzətməklə göstərdiyimiz xidmətlərə kölğə salaraq bizə qarşı tənqid və təhqir edici mövqedən yanaşırlar. Biz “Bes İsis” gözəllik mərkəzində qadınları gözəlləşdirməklə yanaşı onları sağlam və mədəni həyata dəvət edirik. Əsas məqsədimiz isə Gəncədə göstərdiyimiz xidmətlərlə bütün xanımlarımızın yanında olmaqdır.”

Gəncədə olay: İŞİD bilib hücum etdilər

Gəncədə olay: İŞİD bilib hücum etdilər

Gəncədə olay: İŞİD bilib hücum etdilər

Gəncədə olay: İŞİD bilib hücum etdilər

Gəncədə olay: İŞİD bilib hücum etdilər

Gəncədə olay: İŞİD bilib hücum etdilər

Aynur Arifqızı
İnterpress.az