Bişkekdə Aksiyabackend

Bişkekdə Aksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda müxalif “Ata Meken” Partiyasının tərəfdarları paytaxt Bişkekdə Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasının qarşısında aksiya keçirirlər.

İnterpress.az xəbər verir ki, “Sputnik Kırqızstan” agentliyinin verdiyi məlumata görə, aksiya iştirakçıları partiyanın həbs edilən lideri Omurbek Tekebayevin azadlığa buraxılmasını tələb edirlər.

Qırğızıstan Baş Prokurorluğu O. Tekebayevi bu gün Bişkek aeroportunda saxlayıb. Partiya sədri rusiyalı biznesmen Leonid Mayevskovonun ifadəsinə əsasən dələduzluq və korrupsiyada günahlandırılır. Rusiyalı biznesmen Qırğızıstanda mobil şəbəkə operatorunun yaradılması ilə bağlı O. Tekebayev baş nazirin müavini olduğu dövrdə 1 milyon dollar rüşvət verdiyini bildirib.

Mitinqə Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva da gəlib. R. Otunbayeva O. Tekebayevin ölkənin müstəqilliyində və demokratiyanın inkişafında böyük rol oynadığını, hakimiyyətin müxalif lideri ev həbsinə buraxacağına ümid etdiyini söyləyib.

“Ata Meken” Partiyasının parlamentdəki fraksiyası parlamentin növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə çıxış edib. Bunun üçün 40 deputatın imzası lazımdır.

İnterpress.az