Azərbaycanda bir dəqiqəlik sükutbackend

Azərbaycanda bir dəqiqəlik sükut

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.

Azərbaycan paytaxtının on minlərlə sakini fevralın 26-da səhər saatlarından başlayaraq Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla anıblar, abidənin önünə al qərənfillər düzüblər.

Respublikamızın bütün şəhər və bölgələrində, xarici ölkələrdə anma mərasimləri keçirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İnterpress.az