Xocalı günü anadan olan aprel şəhidi – VİDEObackend

Xocalı günü anadan olan aprel şəhidi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nəcməddin Savalanov 26 fevral 1985-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Kapitan Nəcməddin Savalanov 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 4 il oxuyub. Daha sonra zabit kimi ordu sıralarında xidmətə başlayıb.

2016-cı ilin aprelin 2-də təmas xəttində gedən döyüşlərdə ayağından və çiynindən ağır güllə yarası alan kapitan Nəcməddin Savalanov mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.

Şəhid kapitan Göbəktala kənd məzarlığında dəfn edilib. Nəcməddin Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə \”İgidliyə görə\” medalı ilə təltif edilib.
Şəhid kapitan 3 övlad atası olub – İki qız, biri oğlan.

Xocalı günü anadan olan aprel şəhidi - VİDEO

İnterpress.az