Multimilyonerinin oğlu “Porsche” avtomobilində qəzaya uğrayıb – VİDEObackend

Multimilyonerinin oğlu “Porsche” avtomobilində qəzaya uğrayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bazar günü, 26 fevralda Afina-Lamiya avtomaqistralında ağır yol qəza hadisəsi baş verib. Yüksək sürətli Porsche avtomobili yolun kənarında ictimai tualetin qarşısında dayanmış \”Honda Civic\” avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər iki avtomobilin yanaraq partladığı bildirilir..

Qəzaya səbəb olan \”Porşe\” avtomobilini idarə edən Yorqos Vakakis \”Jumbo\” supermarketlər şəbəkəsinin sahibi Apostolos Vakakisin oğlu və onun dostu olub. Park halındakı avtomobildə isə 33 yaşlı qadın və üç uşaq olub.Onların hamısının həlak olduğu bildirirlir.

Müşahidə kameraları tərəfindən qeydə alınan videolardan məlum olur ki,(120 km / saat qədər sürətə icazə verilmiş quru yolu üzərində) toqquşma zamanı \”Porşe\” avtomobilinin sürəti 200 km-dən yüksək olub.

Qəza anında \”Honda Civic\” nin sürücüsü partlamanın ardından tualetdən çölə atılır, lakin heç cürə həyat yoldaşı və uşaqlarına kömək edə bilmir.

Yorqos Vakakisın bir neçə gün əvvəl Amerikadan qayıtdığı bildirilir. Orda onunla universitetdə təhsil alan tələbə dostu ilə bərabər Yunanıstana bayramı qeyd etməyə gəldiyi bildirilir..

Yorgos Vakakisin atasının Yunanıstanda 52, o cümlədən Cənubi Avropa ölkələrində isə 80-dən çox \”Jumbo\” mağazalar şəbəkəsi var. Yorgos Vakakis atasına məxsus olsn bu şirkətlərin yeğanə varisi idi.
2015-ci ildə şirkətin gəlirlərinin 782 milyon avro təşkil etdiyi bildirilir.

İnterpress.az