“Bağışla məni, həyat”- FOTObackend

“Bağışla məni, həyat”- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndi oturub şəkillərinə baxırıq. Çox kədərlidir. Enerji doluydu Zabil Müqabiloğlu, həmişə şən idi. Toylarda, ziyafətlərdə yerindən qalxıb hamını ilk rəqsə dəvət edən o olardı. Kollektiv şəkildə bir yerə getməyin təşkilatçılığı üçün qabağa düşərdi.

İndi o, aramızda yoxdur. Yalnız şəkillərdə qalıb. Kollektivin parlaq simalarından biri olmuş həmkarımızı itirmək çox ağırdır. Vaxtsız getdi aramızdan. Bir ulduz kimi parladı, söndü…

İndi əlimizdən \”Allah rəhmət eləsin\” deməkdən başqa bir şey gəlmir.

Zabilin jurnalistliyi ilə yanaşı, şairliyi də vardı, ara-sıra şeir, hekayə yazardı. O, 3 ay öncə amansız xəstəlikdən sağalandan sonrabeləbir şeir də yazmışdı:

Həyat
Qaranlıqdı…
Gözlərim qapalımı,
hava qaralıb yoxsa,
Xəbərim yox,
ayın neçəsi, neçədi saat.
***
Qaranlıq otağımda
tənha yatağımda
bir mənəm,
bir də xatirələrim
Onlar da keçmişdən boylanır boyat-boyat
***
Xatirələrdən nə qədər insanlar boylanır, keçir,
Neçəsi tərif deyir, neçəsi sevir, neçəsi xumarlanır keçir
Bu dünya özü bir keçid qapısı,
kimi düz keçir, kimi də mənimtək aldanıb keçir
Həm də heç nə olmamıştək, rahat-rahat.
***
Bilirsən, niyə rahatam,
Nə pislik etdimsə, özümə etdim,
Qapadım gözlərimi, ağ dünyanı qara gördü,
dözmədi buna, gözümə etdim
Ən gözəl sözləri meyxoş dilim acı elədi,
Ən böyük xəyanəti sözümə etdim
Bağışla, bağışla məni,
bu dünyaya gətirdin, sevdirdin
və bu qədər yaşatdın, həyat… (musavat)

20.12.2016 Pirşağı

"Bağışla məni, həyat"- FOTO

"Bağışla məni, həyat"- FOTO

"Bağışla məni, həyat"- FOTO

"Bağışla məni, həyat"- FOTO

"Bağışla məni, həyat"- FOTO

"Bağışla məni, həyat"- FOTO

İnterpress.az