“Hicab geyməyən qadınlar pozğundur”backend

“Hicab geyməyən qadınlar pozğundur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Mançestr qraflığının Oldem şəhərində \”Phoenix Free\” məktəbinin direktoru Rik Xoca həmin məktəbin təsisçisi Affan Burkinin məktəbdə tələbələr arasında şəriəti gizlin tətbiq etməyə çalışdığından narahat olduğunu bildirir. İnterpress.az xarici mətbuata istinadən bildirir ki, bu məktəb 2001-ci ildən irqi qarşıdurmaları aradan götürmək üçün keçmiş hərbiçilərin üzvləri tərəfindən təsis edilib. Layihəni quran təsisçilərin məqsədi müxtəlif dinlərin və millətlərin nümayəndələrinin dinc yaşaması üçün nəzərdə tutulmuşdu. Lakin hadisələrdən layihənin uğursuz olduğu görünür.
Rik Xoca deyir ki: \”Bəzi valideynlər hesab edir ki, hicab geyməkdən imtina edən müsəlman qadınlar əxlaqsızdır\”.

Affan Burki isə güclü hədə-qorxu iddialarını rədd edərək bildirir ki: O, Britaniya ordusunun zabitidir və Birləşmiş Krallığın düşmənlə mübarizsində Əfqanıstanda Qərbin dəyərlərini müdafiə etdiyini deyir.

Ötən həftə buna bənzər məsələ üzündən Oldemdə İbtidai məktəbi direktoru Triş O\’Donnellin eyni səbəbdən işini itirdiyi məlum olub. Bu qalmaqal mediada \”Troya atı\” adı ilə manşetlərdə oldu.

\”Troya atı\” termini radikal islamçılar tərəfindən Məktəblərə güclü nəzarət yaratmaq üçün talimatlar yazılmış gizli məktubun 2014-ci ildə dərc olunmasından sonra ortaya çıxdğı bildirilir.

İnterpress.az