Xocalıdan köçkün düşən ailələr – FOTObackend

Xocalıdan köçkün düşən ailələr – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Faciədən 25 il ötsə də Xocalı sakinləri nə binanın əsaslı təmiri ilə bağlı kömək ala bilir, nə də başqa bir evə köçürülürlər.

Burada uşaqlar asudə vaxtlarını təmiz parklar, bağçalarda deyil, zibilliklər arasında keçirir.

\”İcra Hakimiyyətinə müraciət etmişik. Gözləyirik. Bakını təmizləsinlər, sonra bizə baxarlar…\” – orta məktəb müəllimi, 55 yaşlı Cəvahir Əliyeva danışır.

Cavahir müəllimə deyir ki, bir neçə il əvvələ kimi az da olsa ərzaq yardımı verilirdi. İndi isə o da yoxdur. Hər kəs burada bacardığı qədər yaşayır, dolanır.

Sakinlərin bəzilərinin mətbəxi dəhlizdə yerləşən köhnə qaz sobalarından ibarətdir. Yemək hazırlanan bu \”mətbəx\”də həm də təmir alətləri, lazımsız əşyalar saxlanır.

\”Bir evdə dörd nəfər yaşayırıq. Valideynlərim, mən və qardaşım. Heç birimiz də işləmirik. İki ildir ki atam da təqaüdə çıxıb. Təkcə onun pulu ilə dolanırıq\”, 20 yaşlı pansionat sakini Samir Fərzəliyev bildirir.
Samir deyir ki, 25 ildə heç kəs onların şəraiti ilə maraqlanmayıb. Bir təfərdən pansionat binasının dənizə yaxın yerləşməsi, digər tərəfdən də zirzəmiyə axan kanalizasiya, qar suları evlərin divarlarına nəmişilik salır.

Rütubət və nəmişilikdən Samirin oynaqlarında revmatizm yaranıb, o deyir. Sol ayağının xırda sümükləri qırıldığından çox hərəkətdə ola, ağır iş görə bilmir.
\”İmkansızlıqdan ayaqlarımı müalicə edə bilmirəm, gözlərim də zəif görür. Xəstəliyimə görə əsgər aparmadılar. Amma dövlətdən heç bir sosial yardım, müavinət də vermirlər\” – Fərzəliyev əlavə edir.

55 yaşlı Gültəkin Cabbarova da Xocalı köçkünü kimi pansionatda məskunlaşanlardan biridir.
Gültəkin xanım ikinci qrup əlil, həm də şəkər xəstəsidir. Deyir ki, əlilliyə görə artıq ona müavinət verilmir. Ailənin aylıq ümumi gəliri 400 manatdır. Bu qədər pulla həm gündəlik xərcləri, həm də xəstəliyinin müalicəsini çatdıra bilmir.
\”Əlil olsam da müavinət ala bilmirəm. Bir tərəfdən də qaçqın və məcburi köçkünlərin aldığı sosial yardımları ixtisara salırlar. Bizə çox çətindir\”, Cabbarova əlavə edir.
Məcburi köçkün Qumru Eyvazova pansionatın ən ağbirçək sakinidir. Bir otaqlı, soyuq mənzilini kiçik elektrik qızıdırıcısı ilə isidir.

\”Qırx ilə yaxın iş stajım var idi. Təqaüdüm də elə ona görə bir az çoxdur, 220 manatdır. Hərdən övladlarım da yardım edir, yeməyimi alırlar. Belə dolanıram. Demək olar ki, evi də çox isitmirəm. Tez-tez qohumlarımın, qızımın evinə gedirəm\”, deyir Qumru nənə.

Sakinlərin dediyinə görə, yay aylarında mövsümə görə ətraf restoranlara su daha çox verilsə də əksinə pansionatda su təchizatı zəif olur. (bbc)

Xocalıdan köçkün düşən ailələr - FOTO

Xocalıdan köçkün düşən ailələr - FOTO

Xocalıdan köçkün düşən ailələr - FOTO

Xocalıdan köçkün düşən ailələr - FOTO

Xocalıdan köçkün düşən ailələr - FOTO

Xocalıdan köçkün düşən ailələr - FOTO

Xocalıdan köçkün düşən ailələr - FOTO

Xocalıdan köçkün düşən ailələr - FOTO

Xocalıdan köçkün düşən ailələr - FOTO

Xocalıdan köçkün düşən ailələr - FOTO

İnterpress.az